Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.
Pəhrizin olmazsa olmazlarından olan suyun faydalarını saymaqla bitmir. Mütəxəssislər tez-tez kifayət qədər su içmək barədə insanlara xəbərdarlıq edir. Ancaq bəzi hallarda içməli su sağlamlığa zərər verə bilər.
Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar.
Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Azərbaycan QAC) bəyanatına qərəzli cavabı böyük təəssüf hissi doğurur.
"Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.