!Reklam

“Mediada olan eyforiyadan fərqli olaraq, mən Rusiya rəhbərliyində ehtiyatlı optimizm görürəm. Buna səbəblər isə çoxdur. Birincisi mən Donald Trampı Rusiyanın müttəfiqi və ya dostu olması qənaətinə gələnlərə tələsməməyi tövsiyə edərdim. Rusiya artıq birinci Tramp dövründə Trampın bu geri dönüşünü görüb”.

“Vətəndaş Müqaviləsi” partiyasında (VM) hesab edirlər ki, parlament seçkilərindən əvvəl referendumun keçirilməsi yolverilməzdir, xüsusilə də əhalinin böyük hissəsi bunu münasibətlərin bərpası prosesində Azərbaycanın əsas tələbi kimi qəbul edir. Analitiklər isə konstitusiya referendumu ilə ümummilli seçkiləri eyni günə təyin etməyi riskli hesab ediblər.