!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pul köçürmələrinin həcmində rekord artım: "Bu ölkələrlə iqtisadi əməkdaşlığımız daha da dərinləşəcək" - ŞƏRH

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkədən Azərbaycana, eləcə də digər MDB dövlətlərinə pul köçürmələrinin həcmi kəskin şəkildə artıb. Belə ki, ötən illə müqayisədə Rusiyadan ölkəmizə göndərilən pulların həcmi və Azərbaycan banklarına qoyulan əmanətlərin məbləği 5 dəfə artıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində rekord artım qeydə alınıb. Ötən ilin birinci yarısında bu rəqəm 261 milyon dollar təşkil edib. Bu ilin 6 ayı ərzində isə köçürmələrin həcmi 1 milyard 283 milyon dollara yüksəlib.

Mövzu ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyadan ölkəmizə sürətlənən kapital axını, pul köçürmələrinin həcminin artması milli iqtisadiyyatımızın xeyrinə olan bir amildir:

“Ən önəmli məqamlardan biri həmin vəsaitlərin ölkə iqtisadiyyatına investisiya şəklində yatırılması üçün müvafiq addımların atılmasıdır. Çalışmalıyıq ki, həmin vəsait Azərbaycanın real sektoruna, istehsal güclərinə istiqamətlənsin. Rusiya kapitalı bölgədə ən iri həcmə malik olan kapitallardan biridir. Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşməsi kifayət qədər irimiqyaslı bir prosesdir. Belə olan halda Rusiya kapitalı üçün istiqamətlərin xeyli dərəcədə dəyişdirilməsi labüddür və Azərbaycan bu fürsətdən məharətlə istifadə etməlidir. Əgər texnoloji və birbaşa investisiyalar baxımından Rusiya investisiyalarının ölkə iqtisadiyyatına gəlməsini təmin edə bilsək, Azərbaycan iqtisadiyyatının qabaqcıl və dayanıqlı inkişafına olduqca müsbət təsir edə bilər. Həmçinin bu kapital invesitisiyası sayəsində Rusiya ilə iqtisadi əməkdaşlığımız daha da dərinləşəcək. Buna Rusiya ilə yanaşı, bütövlükdə Avrasiya iqtisadi məkanını daxil etmək olar. Ona görə də ölkənin iqtisadi blokuna aid olan qurumların, bank sektorunun bu işdə müvafiq effektiv fəaliyyəti reallaşdırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv