!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pul ödə, orduda xidmət etmə - Ermənistanda yeni qanun

!Reklam – Yazi

Ermənistanda hərbi xidmətdən yayınanlara dövlət büdcəsinə müəyyən məbləğ ödəməklə cinayət təqibindən azad olmaq imkanı yaradılıb.

Yenicag.az xəbər verir ki, parlament 27 yaşına çatmış və məcburi hərbi xidməti başa vurmamış vətəndaşların cinayət məsuliyyətindən azad edilməsi imkanı verən qanun qəbul edib.

Qanun problemin həlli üçün bir neçə variant təqdim edir: tələb olunan 2 il müddətinə xidmət etmək; 1 il xidmət etmək və dövlət büdcəsinə 2,5 milyon dram (6200 dollardan bir qədər çox) ödəmək. Bundan başqa, 6 ay xidmət etmək və 5 milyon dram (təxminən 12 470 dollar) ödəmək; 1 ay xidmət etmək və 8 milyon dram (19,950 dollar) ödə; hərbi xidmət əvəzinə 15 milyon dram (37,406 dollar) ödəmək.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv