Fransa millisinin ulduz futbolçusu Kylian Mbappe yığma komandada qazandığı mükafatları özünə xərcləməyəcək.
Yenicag.az xəbər verir ki, 19 yaşlı oyunçu ona verilən mükafatları xeyriyyə qurumlarına bağışlayacaq.
Argentina üzərində 4:3 hesablı qələbənin əsas memarlarından olan Mbappenin sözlərinə görə, futbolçuların milli komandada qazandıqları mükafatlara ehtiyacı yoxdur: “Fransa millisi ilə dünya çempionatında əldə edəcəyim bütün gəlirləri xeyriyyə qrumlarına bağışlayacam. Burada futbolçular ölkələrini təmsil edirlər. Buna görə də, pula ehtiyacımız olduğunu düşünmürəm”.
Qeyd edək ki, 1/8 finalda Argentina millisi üzərində qazanılan zəfərdən sonra futbolçuların hər birinə 17 min funt-sterlinq mükafat verilib.