!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Pula ehtiyacımız yoxdur" - Mbappe mükafatdan imtina etdi

!Reklam – Yazi

Fransa millisinin ulduz futbolçusu Kylian Mbappe yığma komandada qazandığı mükafatları özünə xərcləməyəcək.

Yenicag.az xəbər verir ki, 19 yaşlı oyunçu ona verilən mükafatları xeyriyyə qurumlarına bağışlayacaq.

Argentina üzərində 4:3 hesablı qələbənin əsas memarlarından olan Mbappenin sözlərinə görə,  futbolçuların milli komandada qazandıqları mükafatlara ehtiyacı yoxdur: “Fransa millisi ilə dünya çempionatında əldə edəcəyim bütün gəlirləri xeyriyyə qrumlarına bağışlayacam. Burada futbolçular ölkələrini təmsil edirlər. Buna görə də, pula ehtiyacımız olduğunu düşünmürəm”.

Qeyd edək ki, 1/8 finalda Argentina millisi üzərində qazanılan zəfərdən sonra futbolçuların hər birinə 17 min funt-sterlinq mükafat verilib.

www.yenicag.az

2858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv