!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pulla satılan reklam TORBALARI: "Sellofanların üzərindəki yazılar insanları zəhərləyir" - XƏBƏRDARLIQ

!Reklam – Yazi

“İnsanlar pul verərək üzərində reklam və ya yazılar olan torbalar almamalıdır”.

Bu sözləri sellofan torbaların pullu olmasına münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sellofan torbaların ödənişli olması normal olsa da, bu məsələdə müəyyən nöqsanlar var:

“Yeni qərara görə, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar pulla satılır. Lakin bu ölçüdən qalın olan torbaların satışı pulsuzdur. Sanki həmin torbalar ətrafa zərər vurmur. Bu yanaşma doğru deyil. Ümumiyyətlə, bütün sellofan torbalara məhdudiyyət qoyulmalıdır. Ən ciddi problemlərdən biri budur ki, sellofan torbalar tam şəffaf olmalıdır. İnsanlar pul verərək üzərində reklam və ya yazılar olan torbalar almamalıdır. Çünki həmin yazılarda ağır metallardan, qurğuşundan istifadə olunur. Bu isə insanların tədricən zəhərlənməsinə yol açır. Təəssüf ki, İnzibati Xətalar Məcəlləsində sellofan torbaların verilməsi ilə bağlı hansısa qərar yoxdur. Halbuki istehlakçıların bazar torbalarına keçməsi daha məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv