!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pulsuz “Wi-Fi” şəbəkələrinin yaratdığı RİSKLƏR: “İstifadəçilərin şəxsi məlumatlarını və...”

!Reklam – Yazi

“Təhlükəsizliyin təmin olunması baxımından, şəbəkəyə daxil olmaq üçün bəzi məhdudiyyətlərin qoyulması əhəmiyyətlidir”.

Bu fikirləri kibertəhlükəsizlik üzrə mütəxəssis Şahin Aliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, vətəndaşlar ictimai yerlərdə pulsuz “Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmalıdırlar:

“Günümüzdə pulsuz və açıq “Wi-Fi” şəbəkələrindən kafelərdə, restoranlarda, otellərdə və ticarət məkanlarında geniş istifadə olunur. Lakin belə şəbəkələr əlçatan olmaqla yanaşı, həm də istifadəçilər üçün müəyyən risklər yaradır.

Bu isə ondan ibarətdir ki, bədniyyətli şəxslər pulsuz internet şəbəkəsindən yararlanaraq istifadəçilərin şəxsi məlumatlarını, həmçinin kart və sosial şəbəkə məlumatlarını rahatlıqla ələ keçirə bilərlər.

İstifadəçilərlə yanaşı, açıq və pulsuz “Wi-Fi” şəbəkəsini quran şəxslər və ya həmin məkanların rəhbər heyəti də bu cür paylaşılan şəbəkənin təhlükəsizliyinin qorunmasına maksimum diqqət etməlidir.

Şəbəkəyə daxil olma istiqamətində qoyulan məhdudiyyətlər, trafikə nəzarət təhlükəsizliyin təmin olunmasında əsas faktordur .

Onu da qeyd edim ki, Azərbaycanda milli kibertəhlükəsizlik strategiyasının hazırlanması və kibercinayətkarlığa qarşı mübarizə sahəsində maarifləndirici fəaliyyət həyata keçirilir. Ölkənin müvafiq qanunvericiliyində şəxsi məlumatların oğurlanmasına görə hüquqi məsuliyyət müəyyənləşdirilib”.

Nuray Məmmədzadə

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv