!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pulsuz Wi-Fi xidmətinin yaratdığı RİSKLƏR: “Restoran, iaşə obyektləri və ictimai nəqliyyatda...”

!Reklam – Yazi

“Mümkün riskləri nəzərə alaraq, hətta ictimai yerlərdə telefonların enerji ilə doldurulmasını da tövsiyə etmirəm”.

Bu fikirləri ictimai yerlərdə pulsuz internetin əlçatanlığı və şəbəkədən istifadənin yaratdığı mümkün risklər haqda danışan İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xidməti verən tərəf keyfiyyətin artırılmasında maraqlı olmadığı halda, problemin həll yolunu tapmaq çətindir:

“Bir çox ictimai yerlərdə – parklarda, ticarət mərkəzlərində, nəqliyyatda istifadəçilərin pulsuz internetlə təmin olunduğunu müşahidə edirik. Adətən, həmin məkanlarda Wi-Fi xidmətinin olduğunu göstərmək üçün müxtəlif işarələrdən istifadə olunur ki, oradakı müştərilər sərbəst internet xidmətindən xəbərdar olaraq ondan yararlana bilsinlər.

Lakin pulsuz Wi-Fi xidmətinə qoşulmaq istəyənlərin sayı o qədər çox olur ki, bu tələblərə cavab verə bilməyən sistem bir qədər sonra ya çökür, ya da istifadəçilərin çoxu üçün əlçatan olmur. Həmin xidmətin verilməsi üçün istifadə olunan avadanlıqlar daha çox istifadəçinin qoşulmasına hazır olmadığından, cihazlar “donur”, kilidlənir və müraciətlərə effektiv cavab vermir. Belə olduqda, xidmətin keyfiyyəti də aşağı olur.

Xüsusilə, pik saatlarda bu problemin hər hansı həll yolunun olub-olmadığını söyləmək çətindir. Fikrimcə, pulsuz internetin əlçatanlığı ilə bağlı problemin əsas səbəbi onun istifadəçilərə hədiyyə kimi təqdim olunmasıdır. Xidməti verən hər hansı şəxs keyfiyyətin artırılmasında maraqlı olmadığı halda, problemin həll yolunu tapmaq çətindir.

Digər tərəfdən, təhlükəsizlik baxımından, istifadəçilərə restoran, iaşə obyektləri və ictimai nəqliyyatda pulsuz Wi-Fi xidmətindən istifadəni tövsiyə etmirəm. Bu halda müxtəlif risklər yarana bilər. Şəbəkəyə qoşulan pis niyyətli istifadəçinin digər qoşulan şəxslərə müəyyən qədər zərər vermə ehtimalı var.

Onların bəzi qurğular vasitəsilə başqa istifadəçilərin telefon və kompüterinə qoşularaq, fərdi məlumatlarına rahat şəkildə müdaxilə edə, “backdoor” dediyimiz “arxa qapı” proqramlarını həmin cihaza qoşmaları da mümkündür. Mümkün riskləri nəzərə alaraq, hətta ictimai yerlərdə telefonlarım enerji ilə doldurulmasını da tövsiyə etmirəm. Çünki hər iki hal kifayət qədər risk yaradır”.

İsmayıl Bakuvi

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv