!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pulumuzu bankda, yoxsa “yastıq altında” saxlayaq?

!Reklam – Yazi

“Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk səkkiz ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm doqquz ayın yekunlarında 14 milyard 741 milyon manat olub”.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

V.Bayramov bildirib ki, bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq beş milyard manata çatmaqdadır:
“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür.

Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv