Reklam: High Technic
hightechnic

Putin 15 generalı niyə qovdu? - Rusiyalı ekspertdən cavab

Rusiya prezidenti Vladimir Putin fəaliyyətdə olan 15 generalı vəzifədən azad edib.

Yenicag.ru-nun məlumatına görə, işdən çıxarılan generallar Daxili İşlər və Fövqəladə Hallar nazirliklərində, o cümlədən Fedaral İcra Xidməti və İstintaq Komitəsində müxtəlif vəzifələr tuturdular.

Pavel Klaçkov

Vladimir Putinin bu gözlənilməz qərarını Yenicag.ru-ya şərh edən Rusiyalı politoloq Pavel Klaçkovun fikrincə, prezidentin bu addımında şişirdiləsi heç nə yoxdur:

“Belə hallar praktikada müntəzəm baş verir. O baxımdan, prezidentin bu addımının hansısa radikal nəticələr doğuracağını düşünmürəm. Güc strukturlarında rəhbər vəzifə tutan generalları zamanı gələndə işdən çıxarıb yerlərinə yenilərini təyin edirlər. Bu, dövlət idarəçiliyi üçün adi haldır”.

Klaçkov hesab edir ki, 15 generalın istefaya göndərilməsi ilk növbədə onların yaşlanmaları ilə əlaqədar ola bilər:

“Generalların işdən azad olunmalarını müxtəlif səbəblərlə izah etmək mümkündür. Ancaq bu qərardan sonra hər hansı səs-küyün çıxmaması belə deməyə əsas verir ki, onlara qarşı korrupsiya və ya səhlənkarlıq ittihamı yoxdur.

Mənə belə gəlir ki, generalların istefaya göndərilməsi onların faydalı iş əmsalının aşağı düşməsi ilə bağlıdır. Bu addım güc strukturlarının yerlərdəki bölmələrinin rəhbərliyinin yenilənməsi niyyətindən qaynaqlanır”.

www.yenicag.az

230