!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin “3-cü nüvə çamadanı”nı komandan təyin etdi – Şok

!Reklam – Yazi

Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanını növbəti dəfə dəyişdi. Bu dəfə Valeri Gerasimov komandan təyin edilib.Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalayıb. Qərara əsasən, Aerokosmik Qüvvələrin Ali Baş komandanı, ordu generalı Sergey Suravikin, Quru Qoşunlarının Ali Baş komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin olunub.

Ordu generalı Sergey Suravikin 2022-ci ilin 8 oktyabrında xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin olunmuşdu. Cəmi 3 aydan sonra Ukraynadakı qoşunların komandanı növbəti dəfə niyə dəyişdi?

Bu barədə danışan rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib ki, Rusiya müdafiə naziri Şoyqunun apardığı bu dəyişikliyə Prezident Putin razılıq verib və təsdiqləyib:

“Dəyişikliyin səbəbi isə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ağır Qərb silahlarının, o cümlədən əsas döyüş tanklarının çatdırılmasına başlanmasıdır.

Gerasimovun bu vəzifəyə təyin edilməsi o deməkdir ki, xüsusi hərbi əməliyyat zonasındakı tapşırıqların yerinə yetirilməsində Rusiya Federasiyasının arsenalında olan bütün silahlardan istifadə edilə bilər.

Yəni taktiki nüvə silahları potensial döyüş silahına çevrilir, lakin Ukrayna Silahlı Qüvvələrinə qarşı deyil, AB və NATO ölkələrinin ərazisində xüsusi hərbi əməliyyat formatında hədəflərin mümkün məhv edilməsi üçün – əlbəttə, vəziyyət tələb edərsə”.

Korotçenko xüsusilə bir nüansa da diqqət çəkib: Valeri Gerasimov “3 nömrəli nüvə çamadanı” deməkdir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gündən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər./Axar.az/

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv