Putin Azərbaycana gəlir – Tarix açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi tarix açıqlanıb.

Yenicag.az xəbər verir ki, qonşu ölkə başçısı sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov məlumat verib.

O bildirib ki, Azərbaycana səfər zamanı İlham Əliyev ilə Vladimir Putin arasında işgüzar görüş baş tutacaq. Görüşdə bir sıra mühüm məsələlər nəzərdən keçiriləcək.