!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin “Azovstal”a hücumu niyə dayandırdı? - BBC şərhçisinin 3 SƏBƏBİ

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Mariupol şəhərindəki “Azovstal” metallurgiya kombinatına hücumu dayandırmaq əmrinin səbəbləri araşdırılır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın BBC radiosunun şərhçisi Pol Adams bu qərarı 3 amillə əlaqələndirib.

Onun sözlərinə görə, Putinin bu addımının ilkin səbəbi Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin davam etdiyi görüntüsünü qoruyub saxlamaqdır.

Adams bildirib ki, qərarı şərtləndirən ikinci səbəb “Azovstal” hücumun davam etdiriləcəyi təqdirdə Rusiyanın məruz qalacağı canlı qüvvə və texnika itkisinə yol verməməkdir.

BBC şərhçisinin fikrincə, Putinin sözügedən qərarında üçüncü səbəb iqtisadi xarakterlidir. O qeyd edib ki, Putin Avropanın ən böyük metallurgiya kombinatlarından biri olan “Azovstal”dakı qiymətli avadanlıqların işlək vəziyyətdə ələ keçirilməsinə çalışır.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç isə Putinin bu yolla Rusiya hərbçiləri arasında itkidən yayınmaq niyyətində olduğunu deyib.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv