!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Baydenin ona qatil deməsini necə qarşılayıb?

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenin onun ünvanına səsləndirdiyi qalmaqallı bəyanatlardan narahat deyil.

Yenicag.az xəbər verir ki, bu barədə NBC telekanalına müsahibəsində bildirib.

“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin mənafeyi naminə fəaliyyət göstərmişəm. Və müxtəlif etiketlər – cüzi dərəcədə belə narahat olduğum şey deyil”, – Putin Baydenin onu “qatil” adlandırmasına münasibət bildirərkən deyib.

“Fəaliyyətim dövrümdə hər tərəfdən və istənilən bəhanə altında müxtəlif növ hücumlara, qəzəbin müxtəlif səviyyəsinə alışmışam və bunların heç biri məni təəccübləndirmir”, – Rusiya Prezidenti qeyd edib.

Dövlət başçısı əlavə edib ki, ABŞ siyasi mədəniyyətində, çox güman, Hollivudun təsiri altında bu cür etiketlərin istifadəsi normal olsa da, Rusiyada bu normal görünmür.

Putinin sözlərinə görə, Rusiya-ABŞ münasibətləri son bir neçə il ərzində ən aşağı nöqtəyə çatıb.

Müsahibənin tam versiyası iyunun 14-də NBC telekanalında yayımlanacaq.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv