!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Bişkekə getdi: İlham Əliyevlə görüşəcək

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtına gedib.

Yenicag.az xəbər verir ki, Rusiya lideri Bişkekdə Birlik üzvü olan həmkarları ilə görüşəcək və Rusiyanın Kantdakı aviabazasının 20 illiyi ilə bağlı tədbirdə iştirak edəcək.

MDB sammiti oktyabrın 13-də Qırğızıstan lideri Sadır Japarovun sədrliyi ilə keçiriləcək.

Putinin qırğız həmkarı ilə də şəxsi danışıqlar aparacağı qeyd edilir. Onlar ikitərəfli əməkdaşlıq, o cümlədən hərbi-texniki əməkdaşlıq, eləcə də beynəlxalq gündəlikdəki məsələləri müzakirə edəcəklər.

Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, həmçinin Tacikistan lideri Emoməli Rəhmonla da görüşəcəyi planlaşdırılır./qaynarinfo

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv