!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Braziliyanın yeni prezidentini təbrik etdi

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silvanı təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti  məlumat yayıb.

“Hörmətli cənab Lula, prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ümidvaram ki, birgə səylərlə biz bütün sahələrdə konstruktiv Rusiya-Braziliya əməkdaşlığının daha da inkişafını təmin edəcəyik”, – teleqramın mətnində deyilir.

Bundan əvvəl Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silva xarici siyasətdəki istəklərindən danışıb və BMT Təhlükəsizlik Şurasının yeni tərkibində veto hüququnun ləğvinin tərəfdarı olub.

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv