!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin bu ölkə liderlərini Yeni il münasibətilə TƏBRİK ETMƏDİ

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin bir sıra dünya liderlərini Yeni il münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti dekabrın 30-da bildirib.

“Vladimir Putin xarici dövlət və hökumət başçılarını Milad və qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edib”, – Kremldən bildirilib.

Təbrikləri digərləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Macarıstanın Baş naziri Viktor Orban, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistan prezidenti və baş naziri Vaaqn Xaçaturyan və Nikol Paşinyan qəbul edib.

Putin azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edərək deyib ki, 2023-cü ildə iki ölkə arasında müttəfiqlik əlaqələri uğurla inkişaf edir. Rusiya lideri ikitərəfli münasibətlər məsələləri, Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələsi üzrə səmərəli birgə işin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Avropa liderləri arasında Rusiya prezidenti yalnız Vuçiç və Orbanı təbrik edib. Putin ABŞ prezidenti Co Baydenə təbrik göndərməyib.

Rusiya prezidenti həmçinin BRİKS liderlərini – Çin sədri Si Cinpinq, Hindistan prezidenti və baş nazir Draupadi Murma və Narendra Modi, Braziliya prezidenti Luiz Lula da Silva və Cənubi Afrika prezidenti Siril Ramafosanı təbrik edib.

Xuraman Etibarlı

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv