!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin dövlət işçilərinin “Apple” cihazlarından istifadəsinə qadağa qoydu

!Reklam – Yazi

Rusiya hakimiyyəti dövlət işçilərinə rəsmi dövlət işlərində “Apple” cihazlarından istifadəni qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bazar ertəsindən etibarən ölkənin ticarət nazirliyi “iPhone”ların biznes məqsədilə istifadəsini qadağan edəcək . Həmçinin qeyd olunub ki, bu qayda bütün “Apple” məhsullarına şamil edilib. Rusiya Ukraynaya müharibə elan etdikdən sonra şirkət “Apple Pay”a çıxışı bloklayıb. Daha sonra ölkədə bütün “Apple” cihazlarının satışına qadağa qoyulub.

Bu qadağa Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin iyunun əvvəlində “Apple” cihazlarının ABŞ kəşfiyyat agentliklərinin başçılıq etdiyi casusluq əməliyyatını üzə çıxarması iddiasından sonra qoyulub.

Digər tərəfdən , ölkə prezidenti mühüm informasiya infrastrukturunda olan qurumlara 2025-ci ilə qədər yerli proqram təminatına keçməyi əmr edən fərman imzalayıb.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv