!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin G20 sammitinə dəvət edildi

!Reklam – Yazi

“Böyük İyirmilik” (G20) qrupuna daxil olan bütün ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin birliyin sammitinə dəvət olunub.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki,, bu barədə İndoneziyanın maliyyə naziri Sri Mulyani İndravati bildirib.

O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı qlobal iqtisadiyyatın gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib. Tədbirin aparıcısı V.Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir cavab olaraq bildirib: “Biz dəvət etdik”.

O vurğulayıb ki, dəvətnamələr əvvəlcədən göndərilir:

“G20-yə daxil olan bütün ölkələr artıq öz dəvətlərini alıblar”.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv