!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin G20-yə niyə getmir? - Sui-qəsd və ya rəzil olma ehtimalı

!Reklam – Yazi

Rusiya lideri Putin sui-qəsdə uğrayacağından və ya etirazçıların hücumu ilə dünyaya rüsvay olacağından qorxaraq G20 sammitinə qatılmayacaq.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Putinə yaxın siyasi analitik Sergey Markov deyib.

Kreml Putinin gələn həftə G20-də iştirak etməyəcəyini “iş qrafikinin çoxluğu”na bağlayıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiyada keçiriləcək görüşlərə görə Putinin Kremldə qalmalı olduğunu bildirib.

Putinə yaxınlığı ilə tanınan rusiyalı politoloq Sergey Markov Ukraynada davam edən müharibəyə görə tənqid hədəfi olan Putinin bir çox ölkə liderinin qatılacağı sammitə getməkdən vaz keçdiyini dilə gətirib.

Rusiyanın Ukrayna işğalında ələ keçirilən yeganə bölgə olan Xersondan çəkilmə qərarını sərt şəkildə tənqid edən Markov iddia edib ki, Böyük Britaniya, ABŞ və ya Ukrayna xüsusi xidmət orqanları Putinə sui-qəsd etməyə cəhd edə bilər:

“Rusiya Prezidenti kameralar qarşısında hər hansı bir aktivistin hücumuna məruz qalıb yerə yıxılmaqdan da qorxur. Bəzi Qərb dairələrinin belə bir plan hazırladıqlarına da əminəm”.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv