!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Putin İlham Əliyevlə Paşinyanı görüşə dəvət edir, KİV-lərində isə Azərbaycan əleyhinə..." - Rusiya nə istəyir? / ŞƏRH

!Reklam – Yazi

“Rusiyada Azərbaycanla münasibətləri korlamaq istəyən qüvvələr çoxdur. Mərkəzi hakimiyyət ya bu qüvvələrə qida verir, ya da onların hərəkətlərinə mane ola bilmir və ya mane olmaq istəmir”.

Bu sözləri Rusiya ilə Azərbaycan arasındakı gərginlik və bunun səbəblərinə toxunan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiyanın indiki mövqeyi Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterlidir:

“Rusiyanın əsəbləri gərgindir, dünənə qədər əl altdan gördüyü işlər bu gün su üzünə çıxır. Ölkə idarəçiliyində hakimiyyətin zəifləməsi ucbatından sanki zamanında etdikləri və etmək istədikləri görünür. Zənnimcə, Rusiyada müxtəlif təsir qüvvələri həddindən artıq çoxdur və belə təsir qüvvələrinin də mühüm bir hissəsi Ermənistanla, onun maraqları ilə bağlıdır. Dövlət nümayəndələrinin iştirakı ilə Rusiya dövlətinin birinci kanalında, həm də müxtəlif KİV-lərdə açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli, bəzi məqamlarda hətta Azərbaycan dövlətçiliyini təhqir edən məqamlarla çıxış edirlər. Bütün bunlar onu göstərir ki, Putinin bir müddət əvvəl söylədiyi fikirləri başqa formatda və başqa formada gündəmə gətirirlər. Rusiyada bəzi şəxslər Azərbaycanla Rusiya münasibətlərinə xətər toxundurmağa, bu münasibətləri zədələməyə çalışırlar.

Rusiyada açıq-aşkar erməni təbliğatı rəsmi təbliğatın mühüm bir hissəsinə çevrilib. Bundan geniş şəkildə istifadə edirlər. Onlar bir tərəfdən erməniləri ruhlandırırlar, bir tərəfdən də Azərbaycana qarşı müəyyən təhqiramiz vəziyyət yaradırlar. Münasibətləri korlamaq istəyən çoxdur. Mərkəzi hakimiyyət ya bu qüvvələrə qida verir, ya da onların hərəkətlərinə mane ola bilmir və ya mane olmaq istəmir. Bir yandan Rusiya moderatorluq etmək üçün Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirini Moskvaya dəvət edir, digər yandan da Rusiya KİV-lərində Azərbaycanın əleyhinə müxtəlif hədyanlar söylənilir. Bütün bunları başa düşmək mümkün deyil.

Azərbaycan yüz ölçüb, bir biçib rəsmi televiziya vasitəsi ilə Rusiyanın bu hədyanlarına cavab verirsə, nota göndərirsə, vəziyyət həqiqətən də ciddidir”.

Səxavət Məmməd

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv