!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin İrəvanda uduzsa da, Gümrüdə qalib gəlib” – Erməni mediası

!Reklam – Yazi

“Putin İrəvanda uduzsa da, Gümrüdə qalib gəlib”.

Yenicag.az xəbər verir ki, bunu erməni mediası “Azatutyun.am” yazıb.

Nəşr yazır ki, Rusiyada prezident seçkiləri zamanı Gümrü və İrəvanda da Rusiya vətəndaşları üçün seçki məntəqələri fəaliyyət göstərib.

Komissiyaların bu gün saat 11:30-a olan nəticələrinə görə, Putin İrəvanda 32,87 faiz səs toplayaraq məğlub olub.

Burada “Yeni Xalq” partiyasından Vladislav Davankov 49,85% səs toplayaraq qalib gəlib. Amma Gümrüdə Putin qalib olub. O, 58,14% səs toplayıb.

İrəvanda Nikolay Xaritonov 1,82%, Vladislav Davankov 49,85%, Vladimir Putin 32,87%, Leonid Slutski 1,58% səs toplayıb.

Minlərlə vətəndaş “Putinsiz gün” kampaniyasında iştirak edərək, eyni vaxtda səs verməyə gedib.

Xuraman Etibarlı

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv