!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin media diskriminasiyası haqqında qanunu təsdiqlədi – Baş prokurora əlavə səlahiyyət verildi

!Reklam – Yazi

Vladimir Putin xarici ölkələrdə Rusiya KİV-lərinə yönəlik diskriminasiyaya cavab tədbirlərinin yer aldığı qanunu təsdiq edib.

Yenicag.az xəbər verir ki, sözügedən qanun bu il iyunun 30-da Dövlət Dumasında qəbul olunub.

Qanun təsdiqləndikdən sonra Rusiyanın Baş prokuroru və onun müavinləri ölkədə akreditasiyadan keçmiş xarici media orqanlarının fəaliyyətini qadağan etmək səlahiyyətinə yiyələnirlər.

Eyni zamanda, qanuna əsasən, Rusiya KİV-lərinə qarşı xaricdə yol verilən diskriminasiya halları ilə bağlı olaraq əcnəbi jurnalistlərin akreditasiyası da ləğv oluna bilər.

Bundan başqa, yeni qanun Baş prokuror və onun müavinlərinə bu və ya digər KİV orqanının lisenziyasını ləğv etmək və onun qeydiyyatını etibarsız saymaq səlahiyyəti də verir.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv