!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Putin özü cəbhəyə getsin və ölsün" - Rusiyalı hərbçilərin yaxınlarından TƏKLİF

!Reklam – Yazi

“Səfərbərliyi müddətsiz edən Rusiya prezidenti Vladimir Putin ya Ukraynada hərbi əməliyyatları dayandırmalı, ya da özü cəbhəyə getməlidir”.

Yenicag.az xəbər verir ki, bunu “Evə yol” teleqram kanalında müharibəyə çağırılan ehtiyatda olan hərbçilərin yaxınları bildiriblər. Qadınlar təklif ediblər ki, səfərbərliyi müddətsiz edən Rusiya prezidenti Vladimir Putin ya Ukraynada hərbi əməliyyatları dayandırmalıdır, ya da özü cəbhəyə gedib ölsün.

Onlar 2023-cü ilin yanvar ayından hücum dəstəsində xidmət edən və hazırda məzuniyyətdə olan Aleksandrın müraciətini dərc ediblər. Onun sözlərinə görə, cəbhədə insan haqlarından başlayaraq hər şey pozulur. Səfərbər olanların, xüsusən də yaşlıların səhhətində ciddi problemlər yaşanır. Lakin heç kim onları müalicə etmir, sadəcə onlara həb verirlər, vəssalam.

Aleksandr deyir ki, o və digər hərbçilər sülh və müharibənin dayandırılmasını istəyirlər.

Onlar bildirirlər ki, “sakit, sonsuza qədər xoşbəxt yaşamaq istəyirlər, amma prezident bunu istəmir”, “denasifikasiya” və “demilitarizasiya”nın zəruriliyini bəyan edir.

Videonun altındakı şərhdə səfərbər olunanların yaxınları Putinə müraciət ediblər:

“Vladimir Vladimiroviç, görün insanları nəyə gətirib çıxardınız?! Biz rusların sizin rəhbərliyiniz altında heç bir ümidi qalmayıb. Xüsusi hərbi əməliyyatı bitirin, danışıqlar masasına oturun. “Denasifikasiya” və “demilitarizasiya” nədir? Siz özünüz nə danışdığınızı başa düşürsünüz?

Hər dəfə siz bu sözləri deyəndə insanlar həlak olur. Gəlin sülh içində yaşayaq. Ya da özün cəbhəyə get, özün öl”.

Xatırladaq ki, dekabrın 14-də “Birbaşa xətt” zamanı Putin bildirib ki, hazırda Ukraynada 244 min nəfər müharibəyə səfərbər olunub. 41 min nəfər isə yaş həddinə çatması, səhhəti və ya digər səbəblərə görə xidmətdən azad olunub. Səfərbərlik zamanı ümumilikdə 300 min nəfərin hərbi xidmətə çağırıldığını nəzərə alsaq, 15 min nəfərin taleyi naməlum olaraq qalır.

Döyüşən ehtiyatda olan əsgərlərin evə qayıtması ilə bağlı suallar birbaşa xəttin keçirildiyi otaqda ekranda yayımlanıb, lakin Putin heç birinə cavab verməyib. O, sadəcə bildirib ki, hazırda ikinci səfərbərlik dalğasına ehtiyac yoxdur.

Sentyabrda Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, səfərbər olunanlar müharibə bitənə qədər döyüş bölgəsini tərk etməyəcəklər və onlar üçün rotasiya nəzərdə tutulmayıb. Onların ümid edə biləcəyi yeganə şey hər altı aylıq xidmətdən sonra məzuniyyətdir.

Xuraman Etibarlı

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv