!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Paşinyanla bir araya gəlir – Rusiya problemi birdəfəlik həll etmək istəyir

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, mayın 8-də ikitərəfli görüş keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, artıq həm Ermənistan, həm də Rusiya tərəflərinin göndərdiyi siqnallardan məlum olur ki, iki liderin müzakirə edəcəyi kifayət qədər çox məsələ var və bunları sadə təsvir etmək mümkün deyil.

“Üstəlik, Ermənistanda xeyli müddətdir hökm sürən anti-Rusiya əhval-ruhiyyəsini, habelə Rusiya tərəfinin eyhamlarını nəzərə alsaq, kifayət qədər mürəkkəb və çoxşaxəli məsələlərin müzakirəsinə ehtiyac yaranır. Bunlardan biri də Ermənistan-Rusiya münasibətlərinin ümumi paketində toplanmış müzakirələrin aparılması məsələsidir”, qəzet yazıb.

Erməni nəşri xatırladıb ki, iclasın keçirilməsinə səbəb rotasiya sərəncamına əsasən, təşkilata sədrlik edən ölkənin rəhbəri kimi Nikol Paşinyanın sədrlik edəcəyi Ali Avrasiya İqtisadi Şurasının yubiley sammiti olub.

KİV diqqətə çatdırıb ki, eyni zamanda, bu gün, mayın 8-də MDB-yə üzv dövlətlərin rəhbərlərinin dostluq naharı da nəzərdə tutulub.

“Əgər yaxşı getməyən Ermənistan-Rusiya münasibətlərinin ümumi kontekstini, eləcə də Rusiyanın postsovet məkanının regional birliklərində aparıcı rolunu nəzərə alsaq, o zaman Putin-Paşinyan arasındakı görüşdə sözügedən məsələlərin müzakirəsində heç bir şübhə yoxdur. Görüşdə, ilk növbədə, Moskva-İrəvan münasibətlərinin məzmunlu və ölçülü aspektləri müzakirə olunacaq, ikitərəfli münasibətlərə müəyyən qədər aydınlıq gətiriləcək, həmçinin Ermənistan-KTMT münasibətlərinə xüsusi diqqət yetiriləcək. Bununla bağlı, yəqin ki, müəyyən aydınlıq gətiriləcək, hətta bu, bağlı qapılar arxasında olsa da, geniş ictimaiyyət bu barədə məlumatlı olacaq”, – nəşr bildirib.

“Şübhəsiz ki, Ermənistanla Qərb arasında münasibətlərdə müşahidə olunan istiləşməyə də müəyyən mənada toxunulacaq. İndiki son dərəcə gərgin geosiyasi şəraitdə onların müzakirəsinin hansı xarakter daşıyacağını söyləmək çətindir, lakin onların müzakirə olunacağı heç bir şübhə doğurmur. Ümumiyyətlə, bu görüş faydalıdır, çünki bu görüş rusca desək, Moskva üçün İrəvana və Bakıya “расставить все точни над i” (ruscaya fransızcadan keçən frazeoloji birləşmədir, məsələnin yekun həlli deməkdir – red.) etməyə kömək edəcək” – deyə qəzetin məqaləsində qeyd olunub.

Rafi Müslümov

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv