!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Putin prezident olduğu müddətdə Paşinyan Rusiyaya getməyəcək" - “Hraparak”

!Reklam – Yazi

Putin prezident olduğu müddətdə Paşinyan Rusiya Federasiyasına getməyəcək.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb. Qəzet yazır ki, Roma Statutunun Ermənistanla Rusiya arasında boşanma sənədi olduğu ortaya çıxıb.Yəni Paşinyan baş nazir olduğu müddətdə Putin Ermənistana gəlməyəcək.

Qeyd olunur ki, Paşinyan da Rusiya Federasiyasına getməyəcək. Çünki “Rusiyanın Roma Əsasnaməsini ratifikasiya etməyib. Bu da Putin üçün Nikolun əl-ayağını bağlayıb FTX-nin zirzəmisinə göndərməyə maneə deyil”.

“Roma Əsasnaməsinin qəbulunu və ratifikasiyasını alqışlayan Paşinyanla yanaşı, parlamentin spikeri Simonyan, Təhlükəsizlik Şurasının katibi Qriqoryan və Müdafiə Nazirliyinin rəhbəri Papikyan da Rusiya Federasiyasına səfər etməkdən imtina ediblər”, – qəzet vurğulayır.

Qeyd edək ki, Roma Nizamnaməsi BCM-ni yaradan və onun nizamnaməsi kimi xidmət edən beynəlxalq müqavilədir. Məhkəmənin səlahiyyətlərinə soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüzə görə məsuliyyət daşıyanların təqib edilməsi daxildir.

Xuraman Etibarlı

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv