!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin QAÇMAĞA HAZIRLAŞIR? - Hakimiyyəti itirəcəyi təqdirdə ilk gedəcəyi ölkə BƏLLİ OLDU - FOTO/VİDEO

!Reklam – Yazi

Rusiyanın hakim elitası ölkədən qaçmaq məcburiyyətində qalacaqları halda tədbirlər görür. Onlar Çində iqamətgahlar tikdirir.

Yenicağ.az xəbər verir ki, bu barədə çinli memarlar məlumat veriblər. Onlar əyalətlərin birində rus məmurları üçün yeni iqamətgahlar tikdiklərini bildiriblər. İqamətgahlar yeni açılmış dağ hava limanından bir qədər aralıda yerləşir.

İqamətgahların baş memarı italyan Lanfranko Cirillodur. Gelencikdə Putinin sarayını məhz o tikdirib.

Belə çıxır ki, prezident Vladimir Putinin özü də Ukrayna ilə müharibədə uğuruna 100% əmin deyil. Ona görə də ölkədən qaçmalı olacağı təqdirdə “B planı”nı əvvəlcədən düşünüb. Çinlilər isə işlərindən məmnundur – iqtisadiyyata qoyulan milyardlarla dollar sərmayə yollarda itmir.

Onu da qeyd edək ki, Priqojinin üsyanı zamanı Sankt-Peterburqa ilk uçan Putin olub və hakimiyyəti itirmək təhlükəsi reallaşarsa, o, Çinə uçacaq.

İndi rusları narahat edən bir sual da yaranıb:  Bəs ilk təhlükə yaranan zaman qaçan Putin gələcəyə hansı Rusiyanı qoyacaq?

 

Məsmə

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv