!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Qarabağdan danışdı: "Bakı, İrəvan və Moskva..."

!Reklam – Yazi

Azərbaycan və Ermənistan liderləri siyasi müdriklik göstərərək, Qarabağda qan tökülməsinin qarşısını aldılar.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Putin Valday forumundakı çıxışında deyib.

O bildirib ki, bu gün uzunmüddətli nizamlama şərtlərini hazırlamaq lazımdır:

“Bu yalnız hər iki ölkənin dinc yanaşı yaşamın faydalarını yüksək qiymətləndirməsi halında mümkündür. O zaman regionda nəqliyyat yolları və iqtisadi əlaqələr bərpa olunacaq. Bu, həm Azərbaycan, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək”

Rusiya lideri bildirib ki, Qarabağda vəziyyəti hələlik qoruyub saxlamaq olur, baxmayaraq ki, indisentsiz də ötüşmür:

“Əlbəttə, uzun illərin qarşıdurmasından sonra ideal mənzərə təqdim etmək çətindir. Əsas məqsəd təhlükəsiz birgə yaşayış və iqtisadi inkişafa şərait yaratmaqdır. İndi ən vacibi sərhəddəki vəziyyəti tamamilə nizamlamaqdır”.

O bildirib ki, Moskva Azərbaycanla Ermənistana sərhəd məsələsində yardım edə, açar rolunu oynaya bilər:

“Bu gün əsas məsələ sərhəddəki situasiyanın son tənzimlənməsidir. Burda, əlbəttə, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Burda bizə kimsə lazım deyil – yalnız Azərbaycan, Ermənistan və Rusiya. Çox sadə və praqmatik məsələlər var: bəli, Rusiya ordusunun Baş Qərargahında xəritələr mövcuddur, orda müttəfiq respublikaların sovet dövründəki sərhədləri göstərilib. Orda elə məsələlər var ki, qarşılıqlı kompromis tələb edir: hansısa yerdə nələrisə dəyişmək, hansısa yerdə götürmək… Yalnız bu cür tanınmaqla hər iki tərəfə sərfəli ola bilər”.

Putin əlavə edib ki, Rusiya çoxtərəfli nizamlama formatını da təklif edir, o cümlədən Minsk Qrupunun aktivləşməsini.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv