Reklam: High Technic
hightechnic

Putin Qarabağdan danışdı: "Sarkisyanla keçirilən görüş göstərdi ki..."

Reklam: High Technic

Rusiya regional münaqişələrin nizamlanması üçün vasitəçi kimi maksimum səylər göstərməyə hazırdır.

Bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində deyib.

“Ermənistanla bizi qarşılıqlı anlaşma və dostluq əlaqələri birləşdirir. Dünən Serj Sarkisyanla keçirilən görüş göstərdi ki, Rusiya və Ermənistan bir-birini müttəfiqlər kimi etibarlı şəkildə dəstəkləyir. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi, ticarət, investisiya, hərbi-texniki sahə uğurla inkişaf edir. Rusiya vasitəçi qismində regional münaqişələrin (Çox güman ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəni nəzərdə tutur-red) həlli üçün maksimum səy göstərməyə hazırdır”.

Putin əlavə edib ki, beynəlxalq vəziyyətin sağlamlaşmasına ehtiyac var: “Təmkinlik, müdriklik, məsuliyyət lazımdır. Rusiya, bütün dünya birliyi qarşısında olan real problemlərin həlli naminə səylərin birləşdirilməsi uğrunda çıxış edir”.

Yeniçağ.az

www.yenicag.az

114