!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin Qərbi aldatdı və qazandı” - “La Nouvelle Tribune”

!Reklam – Yazi

“Rusiyanın iqtisadi strategiyası ona sanksiyaların öhdəsindən gəlməyə imkan verdi”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Qərbə hazırladığı plan haqda təhlil aparan “La Nouvelle Tribune” məqalə hazırlayıb.

Məqalədə bildirilib ki, Moskvanın hazırladığı xammal strategiyası Qərbə Rusiya Federasiyasını kapital axınından məhrum etməyə imkan verməyib:

“IEA-nın son aylıq hesabatına görə, Rusiya nefti keçən ay 64,41 dollara satılıb. Bu qiymət G7-nin keçən il müəyyən etdiyi 60 dollarlıq limiti aşıb.

Sanksiyaların tətbiqindən sonra Moskvanın neft satışından rekord gəlir əldə edib. Təkcə iyul ayında Rusiya xam neft və yanacaq ixracından 15,3 milyard dollar qazanıb. Bu da əvvəlki aylalarla müqayisədə təxminən 20% çoxdur.

Bir çox Qərb dövlətləri anti-Rusiya məhdudlaşdırıcı tədbirləri sərtləşdirsə də, Çin Xalq Respublikası (ÇXR) hələ də Rusiya ilə güclü ticarət əlaqələri saxlayır. Belə ki, Çin gömrüyü Rusiyanın neft idxalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Bu da beynəlxalq gərginliyə baxmayaraq, Moskva və Pekin arasında etimadın artdığını göstərir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv