!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin Rusiyada yalnız axmaqlarla ünsiyyət qurur” – Dumanın sabiq deputatı

!Reklam – Yazi

“Uzun müddət hakimiyyətdə olan Vladimir Putin rutin həyatdan yorulmağa başlamışdı”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, ukraynalı iş adamı İlya Ponomaryov “Novoe Vremya”ya müsahibəsində deyib.

Ponomaryov bildirib ki, Ukraynaya hərbi təcavüz fonunda Rusiyanın Baş Qərargahı hərbi planlaşdırmaya Putinin şəxsən rəhbərlik etməsində maraqlıdır:

“Putin beynəlxalq siyasətlə məşğul olmağı sevir. Çünki bu məşğuliyyət ona özünü “dahi strateq” kimi hiss etməyə imkan verir. O, Rusiyada yalnız axmaqlarla ünsiyyət qurur, beynəlxalq siyasətdə isə Putinin layiqli rəqibləri var.

İndi isə onun başqa bir məşğuliyyəti – “dava-dava” oynamaq imkanı yaranıb. Bu iş ona tam məmnunluq bəxş etməsə də, belə bir “oyun” onun ürəyincədir”.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv