!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin təbliğatının İFLASI: “Bu, yüz minlərin küçə aksiyasından daha effektli etiraz oldu” - REAKSİYA

!Reklam – Yazi

“Razılaşaq ki, Ovsyannikovanın bu təkbaşına aksiyası Rusiya ictimai rəyini silkələdi”.

Bu fikirləri Rusiya İctimai Televiziyasının (ORT) redaktoru Marina Ovsyannikovanın canlı efir zamanı ölkənin Ukraynaya hərbi təcavüzü və xalqın yalan məlumatlarla aldadılmasına etiraz şüarları yazılmış plakatla studiyaya daxil olmasının doğurduğu effekti dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ovsyannikovanın bu addımı Rusiya ictimai rəyinə çox ciddi təsir göstərəcək:

“Həqiqətən də, etiraf olunmalıdır ki, həmin jurnalistin bu aksiyası cəsarətli olduğu qədər də effektli idi. Hər halda, Rusiya kimi bir ölkədə, dövlətin rəsmi təbliğatını yalanın üst səviyyəsində xalqa çatdıran bir telekanalda belə bir özünəməxsus etiraz aksiyasının təşkili təqdir olunmalıdır.

Əlbəttə, bu etiraz məqsəd baxımından gözlənilən nəticəni verdi. Bilirsiniz, bu, bəlkə də, yüz minlərin küçə aksiyasından daha effektli etiraz oldu. Aydın məsələdir, kütləvi aksiyalar öz miqyası və emosionallığı ilə çox fərqli tədbirdir. Amma razılaşaq ki, Ovsyannikovanın bu təkbaşına aksiyası Rusiya ictimai rəyini silkələdi.

Şübhə yoxdur ki, rəsmi təbliğatın bütün detallarını qeyd-şərtsiz həqiqət kimi qəbul edənlər bundan sonra, ən azı, özlərinə müəyyən suallar verəcəklər. Bu aksiya ümumilikdə Rusiya rəsmi təbliğatının fiaskosu sayılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv