!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin “Vaqner”in qarşısını almaq üçün Moskvaya gedən yolu bombalatdırır

!Reklam – Yazi

Cəbhə aviasiyası “Vaqner” özəl hərbi təşkilatının daha da irəliləməsinin qarşısını almaq üçün M4 şossesini bombalayır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” “Telegram” kanalı yazır.

Kanal yazır ki, M4 şossesinə aviasiya FAB bombalarının atılması “Vaqner” kolonlarını vurmaq niyyəti ilə deyil, üsyançıların daha da irəliləməsinin qarşısını almaq üçün yolu bağlamaq və şosseni sıradan çıxarmaq niyyəti ilə edilə bilər.

Bu yol Voronej və Rostovdan Moskvanın Domodedovo rayonuna qədər gedir.

Bundan əlavə, Teleqram kanalı xəbər verir ki, ötən gecə ərzində 1700 mülki və hərbi texnika Rostov vilayətində Rusiya Federasiyasının köhnə dövlət sərhədini keçib. Onların neçəsinin “Vaqner”ə məxsus olduğu bilinmir./qaynarinfo/

 

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv