!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin və Makron Ukrayna ətrafındakı vəziyyəti müzakirə etdilər

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, söhbət zamanı Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlara dair ətraflı fikir mübadiləsi davam etdirilib”, – məlumatda deyilir.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv