!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin və müttəfiqindən NATO-ya MESAJ: “Gərginlik daha da artır”

!Reklam – Yazi

“Belarus hərbi təlimləri NATO üçün təhlükəli amilə çevrilib”.

Yenicag.az xəbər verir ki, bunu NATO-Rusiya gərginliyindən danışan hərbi ekspert Piter Suçi deyib.

O, bildirib ki, Litva və Polşa ilə sərhəddə Belarus ordusunun təlimləri Şimali Atlantika Alyansı üçün təhlükəli amilə çevrilib:

“Rusiyanın yaxın müttəfiqi Belarus bazar ertəsi NATO üzvü olan Polşa və Litva ilə sərhəddə hərbi təlimlərə başlayıb. Bu addım onsuz da yüksələn gərginliyi daha da artırdı. Nəticədə həm Varşava, həm də Vilnüs sərhəd təhlükəsizliyini gücləndirməklə əks-cavab verdi.

Hərbi təlimlər de-fakto Litva-Polşa sərhədi boyunca uzanan 70 km-lik dar bir hissə olan Suvalki dəhlizinin yaxınlığında keçirilir. Qərb hərbi-siyasi bloku NATO-nun “Axilles dabanı” hesab olunur. Rusiya hipotetik olaraq hərbi təlimlərdən Baltikyanı dövlətlər arası əlaqəni kəsmək üçün istifadə edə bilər. Bu isə Şimali Atlantika Alyansı üçün təhlükəli amillərdən biridir.

Ötən həftə Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğu iddiası ilə bağlı bəyanat yayıb. Bundan sonra Polşa Müdafiə Nazirliyi sərhədə gözəçarpacaq qədər hərbi qüvvələr yerləşdirib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv