Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Putin və Tramp arasında keçirilən görüş başa çatdı - VİDEO

Rusiya və ABŞ prezidentlərinin Hamburqda G-20 zirvə toplantısı çərçivəsində ikitərəfli görüş başa çatıb.

Yenicag.az-ın məlumatına görə, bu, prezidentlərin ilk şəxsi görüşü olub və 2 saat 15 dəqiqə davam edib. Bundan əvvəl dövlət başçıları yalnız telefon vasitəsilə əlaqə saxlayıblar.

Görüş mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib.

Görüşdə yalnız ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər.

“ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik. Bizim çox uzunsürən danışıqlarımız oldu. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı digər mövzular ətrafında müzakirə apardıq, o cümlədən ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı”, – deyə Putin bildirib.

Yenicag.az

www.yenicag.az

438
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM