!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin yaxın çevrəsinin əyyaşlığından çox narahatdır – İDDİA

!Reklam – Yazi

Rusiya Prezidentinin yüksək vəzifəli şəxslərin alkoqolizmə meyillərinin artmasından narahat olduğu bildirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə iddia ilə rusiyalı müstəqil jurnalistlərin yaratdığı və Latviyada fəaliyyət göstərən “Meduza” internet resursu məlumat yayıb.

Saytın yazdığına əsasən, Rusiya Prezidenti Vladimir Putin yüksək dövlət məmurlarının, o cümlədən yaxın çevrəsinə daxil olan şəxslərin əyyaşlığa qurşanmalarından xeyli narahatdır.

Qeyd olunur ki, rusiyalı məmurlar Ukraynaya hərbi təcavüzün başlamasından sonra spirtli içkilərin qəbulunu həm tezləşdiriblər, həm də artırıblar:

“Adamlar bu ilin fevralından stressi bu yolla dəf edirlər. Nazirlər, onların müavinləri, hətta baş nazirin bəzi müavinləri, qubernatorlar, Prezident Administrasiyası və Təhlükəsizlik Şurasının işçiləri arasında əyyaşlığa meyil xeyli güclənib.

O da vurğulanır ki, Putin yaxın dostlarının əyyaşlığından narahat olsa da, onlara münasibətini dəyişmir.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv