!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən absurd TARİXİ PARALEL: “Ukraynaya hərbi təcavüz əmri verən bu adam indi...”

!Reklam – Yazi

“Onun məqsədi keçmiş SSRİ-ni bərpa etmək idi və çox şükürllər olsun, onun bu planı baş tutmadı”.

Bu fikirləri Rusiya prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunda çıxışı zamanı keçmiş SSRİ-nin 1956-cı ildə Macarıstana, 1968-ci ildə isə Çexoslovakiyaya qoşun yeritməsini pisləməsinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Putin özünü hələ də ölmüş imperiyanın sağ qalmış ideoloqu kimi aparır:

“Uzaq Şərqdə təşkil olunan həmin konfransın işini Rusiya telekanalları vasitəsilə izləyirəm və onların saxtakarlığını gördükdə, şimal qonşumuzda Sovet dövrünün olduğu kimi davam etdiyi təəssüratı yaranır. Rusiya prezidnetinin o konfransdakı çıxışı ilə tanışlıq göstərir ki, Putin açıq-aşkar böhran keçirir, “nokdaun” vəziyyətinə düşüb. Ona görə də ardıcıl səhvlər buraxır.

Bu adam Ukraynaya hərbi təcavüz əmri verib, dinc əhaliyə qarşı qırğınlar törədir, şəhərləri viran qoyur, ancaq yenə də deyir ki, məqsəd Ukraynadakı “millətçiləri” zərərsizləşdirmək və hər iki xalqı “neofaşistlərdən” qorumaqdır. Lakin onun bu sərsəm fikirlərinə heç kim inanmır.

Aydındir ki, Putinin məqsədi keçmiş SSRİ-ni bərpa etmək idi və çox şükürllər olsun, onun bu planı baş tutmadı. Şübhə yoxdur ki, Rusiya bu savaşda Ukraynanı məğlub etsəydi, növbə Qazaxıstan, Azərbaycan və digər postsovet ölkələrinə də çatacaqdı. Belə bir siyasət yürüdən adamın Sovetlərin Macarıstan və Çexoslovakiyaya qoşun yeritməsini pisləməsi absurdun son həddidir.

Göründüyü kimi, Putin özünü ölmüş imperiyanın sağ qalmış ideoloqu kimi apararaq, tarixin təkərlərinin geri çevrilə biləcəyi xülyasından əl çəkmir. Ukraynada üzləşdiyi məğlubiyyət isə onun real düşünmək qabiliyyətini tamamilə yox edib. Ona görə də onun çıxışlarını heç kim ciddiyə almır”.

A.Zeynalov

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv