!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən gözlənilməz təklif: "Pulsuz verməyə hazırıq"

!Reklam – Yazi

Rusiya inkişaf etməkdə olan ölkələrə gözlənilməz təklif irəli sürüb.

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa limanlarından daşınması mümkün olmayan 300 min ton gübrəni inkişaf etməkdə olan ölkələrə pulsuz tədarük etməyə hazır olduqlarını bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində çıxış edən Putin Avropanın Rusiyaya tətbiq olunmuş dünya bazarında gübrə satışı və daşınmasına mane olan sanksiyaları “qismən” ləğv etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq hücumundan sonra Moskvaya qarşı tətbiq edilən sanksiyalar və daşınmada yaranan fasilələr nəticəsində qlobal miqyasda gübrə və taxıl qiymətləri qalxıb.

Gülşən

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv