!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən postsovet ölkələrinə YENİ TƏHDİD: “Müstəqilliyin tanınması qərarının ləğvinə təşəbbüs...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya cəmiyyəti, Kremlin təbirincə desək, “xüsusi əməliyyat”ın iflasa uğradığının fərqindədir”.

Bu fikirləri Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Yevgeni Fyodorovun Baltikyanı ölkələr və Ukraynanın dövlət müstəqilliyinin tanınması haqqında qərarın ləğvi təşəbbüsünə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Putinin partiyanın təmsil edən deputatın bu təşəbbüsü Rusiya ictimai rəyini “gümrahlaşdırmaq” məqsədi daşıyır:

“Əslində, Rusiya siyasətçilərinin bu dönəmdə belə sərsəm təkliflərlə çıxış etmələri təəccüb doğurmamalıdır. Əgər Vladimir Putin özünü Birinci Pyotrun varisi adlandıracaq qədər irəli gedibsə, Rusiya deputatlarının, siyasətçilərinin, ekspertlərinin də buna uyğun imperiya ambisiyalarından çıxış etmələri təbiidir.

Bütün bunların nədən qaynaqlandığına baxsaq, ilk növbədə, Ukraynaya qarşı hərbi təcavüzə başlayan Rusiyanın özünü dalana sıxışdırması qeyd oluna bilər. Rusiyada müstəqil məlumat mənbələrinin, demək olar, tamamilə qapadılmasına baxmayaraq, cəmiyyət, Kremlin təbirincə desək, “xüsusi əməliyyat”ın iflasa uğradığının fərqindədir.

O baxımdan, istər Putin, istərsə də deputatlar və ekspert cameəsi cəmiyyəti “gümrahlaşdrımaq” üçün Birinci Pyotru gündəmə gətirir, postsovet ölkələrini təhdid edən təşəbbüslər irəli sürürlər. Amma özləri hamıdan yaxşı dərk edirlər ki, verdikləri bəyanatlar qeyri-ciddidir.

Təsəvvür edin, Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələrin, yaxud da Ukraynanın müstəqilliyini tanımaq haqqında qərarının ləğv olunması nəyi dəyişə bilər? Heç nəyi! Çünki dünya birliyi həmin ölkələrin müstəqilliyini tanıyır, qəbul edir. Rusiya o qərarı verdikdən sonra NATO-nu qarşısına alıb Litvaya hücum edə bilər? Qətiyyən! Ona görə də bu kimi bəyanatlar, təşəbbüslər sadəcə kütləyə yönəlik addımlardır”.

A.Zeynalov

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv