!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinə ağır itki

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu Yevgeni Putin 92 yaşında vəfat edib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bazar günü – martın 10-da dəfn edilib.

Onların ataları Vladimir Spiridonoviç və Mixail Spiridonoviç qardaş olublar. Yevgeni Putinin oğlu Mixail “Qazprom” idarə heyətinin sədr müavinidir və fəaliyyətin iqtisadi, maddi-texniki və tibbi təminatı məsələlərinə nəzarət edir.

Qızı Anna isə Rusiyanın ən böyük kömür şirkətlərindən birinə sahibdir. Anna Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev ilə evlidir.

Yevgeni Putin İvanovoda tanınmış uroloq olub. O, ömrünün son illərini oğlunun yanında Suzdalda keçirib. Ölümün səbəbi açıqlanmayıb./Modern.az

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv