!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Putinə dəstəyin BƏDƏLİ: Məşhur brend müğənniyə qadağa qoydu

!Reklam – Yazi

“Balenciaga” brendi Rusiyanın tanınmış müğənnisi Filip Kirkorova geyim satmaqdan imtina edib.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən brendin nümayəndəsi müğənninin stilistinə zəng edərək daha ona geyim satılmayacağını bildirib.

Buna səbəb olaraq isə müğənninin hazırda Rusiya-Ukrayna münaqişəsində Rusiyanı və Putini dəstəkləməsini vurğulayıblar. Kirkorov buna cavabında “Siz satmasanız, başqası tapılar”, – deyib.

Daha sonra o, əmin olmaq üçün “Balenciaga”nın Dubayda yerləşən mağazasından çanta almaq istəyib. Lakin ödəniş etmək istəyəndə, bunun mümkün olmadığını, mağazadan qadağa qoyulduğunu görüb.

“Mən ABŞ-da yaşayan dostumdan mənim adıma həmin brenddən geyim almasını xahiş etdim, ancaq orada da imtina ediblər. Daha sonra Fransadan brendin mənim adıma satış etməyə qadağa qoyduğuna dair məktub gəldi”, – deyə Kirkorov bildirib.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv