!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinə tacik DEMARŞI: “Rəhmon da özünə görə bir kişi olduğunu xalqına və dünyaya göstərmək üçün...” - RƏY

!Reklam – Yazi

“Onların düşüncəsi belədir ki, nə qədər güclü olarsa, kütlə daha çox tabe olacaq və yaltaqlanacaq”.

Bu fikirləri MDB dövlət başçılarının sonuncu sammitində Tacikistan Prezidenti Emoməli Rəhmonun rusiyalı həmkarı Vladimir Putinə yönəlik tənqidi fikirlər səsləndirməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rəhmonu bu çıxışa cəsarətləndirən səbəb Putinin indi onu cəzalandırmaq imkanının olmamasıdır:

“Emoməli Rəhmon öz dünyagörüşü, əxlaqı və davranışı ilə tam bir partokratdır. Onların düşüncəsi belədir ki, nə qədər güclü olarsa, kütlə daha çox tabe olacaq və yaltaqlanacaq. Ancaq zəifləyərsə, bunun əksi baş verir.

Rəhmon da görür ki, Putin zəifləyib, əvvəlki gücü yoxdur, artıq gethagetdədir və onu cəzalandıra bilməz. Hesab etdi ki, mən də özümə görə bir kişi olduğumu xalqıma və dünyaya göstərim. Ona görə bu cür danışdı. Başqa bir səbəb yoxdur.

Bəli, hazırda Putinin başı çox qarışıqdır, o, bütün diqqətini Ukraynaya dəstək verən Qərb ölkələrini parçalamağa yönəldib. Bu fonda Putin döyüş meydanında hələ ki məğlub olmaqdadır. Onun yeganə xilası ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırmasıdır. Bu baxımdan, Putinin belə bəyanatlara itirəcək vaxtı yoxdur”.

A.Zeynalov

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv