!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putini də Yeltsinin aqibəti gözləyir?: "Xalq etirazlarının başlamaması üçün Kreml daxilində..."

!Reklam – Yazi

“İkinci ssenari isə Rusiyanın parçalanmasıdır. Müharibədə uduzmaq iqtisadi fəsadlara yol aça bilər. Bu da etnosların mərkəzi hakimiyyətə qarşı baş qaldırıb öz müqəddəratlarını təyin etmək qərarı ilə nəticələnə bilər”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin savaşda məğlub olacaqları təqdirdə, ölkəsinin dağılma təhlükəsilə üz-üzə qalacağı haqda fikirlərinə münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Medvedevin bu açıqlaması Rusiyanın daxili auditoriyasına və hərbi elitaya yönəlib:

“Putin və Medvedev əhalidə müharibə motivasiyasını yuxarı tutmaq üçün bu tipli “həyati” əhəmiyyətli açıqlamalar verirlər. Belə açıqlamalar ənənəvidir və tez-tez rast gəlinəndir.
Müharibədə məğlub olmağın Rusiyanın parçalanmasına səbəb olacağını düşünmürəm. Onsuz da Rusiya gec-tez bölünəcək. Rusiya ikinci SSRİ bölünməsini yaşamalıdır. Qərb Rusiyanın çox böyük olduğunu, bir neçə dövlətə parçalanmasının vacibliyini düşünür. Bu, Rusiyanın tamamilə çox kiçik dövlət olacağı demək deyil. Misal üçün, Şimali Qafqazdakı, Uzaq Şərqdəki respublikalar müstəqil ola bilər. Bu baxımdan, bölünmə mümkündür. Lakin bölünməyə Ukraynada gedən müharibənin səbəb olacağı inandırıcı deyil.

Müharibənin artıq bir ili tamam olur. Müharibənin bu qədər uzun çəkməsi Rusiyanın hər cür ehtimala qarşı hazırlaşmağının göstəricisidir. Qərbin Ukraynaya yardımı, Rusiyaya isə sanksiyaları var. Müharibə edən tərəflərin isə geri addım atmaq niyyəti yoxdur.

Fikrimcə, iki ssenari var. Rusiya uduzsa, yaxud uduzmağa bərabər nəticə əldə etsə, xarici müdaxilənin və ya xalq etirazlarının başlamaması üçün Kreml daxilində çevriliş edilə bilər. Bunu 90-cı illərdə Boris Yeltsinin timsalında gördük. Çeçenistan müharibəsində məğlub olduqdan sonra Kreml onu uzaqlaşdırdı və Vladimir Putin hakimiyyətə gəldi. Eyni aqibət Putini də gözləyə bilər. Müharibədə uduzacağı təqdirdə, çevriliş ola və yerinə başqası gələ bilər. Qərb xalq tərəfindən dəyişimin tərəfdarıdır. Rusiyada oturuşmuş sistem bunu heç vaxt istəməz.

İkinci ssenari isə Rusiyanın parçalanmasıdır. Müharibədə uduzmaq iqtisadi fəsadlara yol aça bilər. Bu da etnosların mərkəzi hakimiyyətə qarşı baş qaldırıb öz müqəddəratlarını təyin etmək qərarı ilə nəticələnə bilər. Hazırda bu istiqamətdə ən aktiv bölgə Tatarıstan və Başqırdıstandır. Eyni zamanda, Dağıstan və Çeçenistan da bu ölkələr arasındadır.

Nəticə etibarilə, hər iki ssenari bir gün baş tutacaq. Daha tez gözlənilən ssenari isə birincidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv