!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Putini Qarabağa görə məhkəməyə verəcəksiniz?" - Erməni spiker

!Reklam – Yazi

“Əgər Ermənistan parlamenti “Ayakve” qanun layihəsini qəbul etsə, Putini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə mühakimə edərdinizmi?”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu dekabrın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan iclasda deyib. O, Ermənistan hökumətinin heç bir nümayəndəsinin  Qarabağ toponimlərindən istifadə etməməsi barədə diskursun haradan gəldiyini anlamadığını bildirib.

“Bu, haradan ağlınıza gəlib, bilmirəm, bütün məmurlar bundan istifadə edir”, – Simonyan qeyd edib.

Deputatlar “Ayakve” qanunvericilik təşəbbüsü ilə təqdim edilmiş “Ermənistan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsinin gündəliyə daxil edilməsinin əleyhinə səs veriblər. Bu barədə danışan Simonyan deyib  ki, müxalifət hakim qüvvəyə minnətdar olmalıdır, çünki o, qanun layihəsinin daxil edilməsinin əleyhinə səs verib.

“Biz sizə kömək edirik, çünki siz öz təşəbbüsünüzün girovuna çevrilmisiniz. Simanızı xilas etmək üçün elə edirsiniz ki, guya bu, ən vacib şeydir.

Sualım verirəm: sizcə, bu qanun layihəsi qəbul edilsəydi, Ermənistanın müttəfiq ölkəsi Rusiya prezidentini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə mühakimə edərdinizmi?

Deməli, “Ermənistan” fraksiyasının katibi qeyd edir ki, müvafiq qanun qəbul edilən zaman Rusiya Federasiyasının prezidentinə qarşı cinayət işi başlanmalı idi?” – Simonyan sual verib.

Artsvik Minasyan isə cavab olaraq bildirib ki, qanun hakim qüvvədən tutmuş hamıya şamil olunacaq.

“Təşəkkür edirəm, çox vacib bəyanatdır”, – deyə Simonyan təəccüblə reaksiya verib.

Məlumat üçün bildirək ki, “Ayakve” Ermənistanın Cinayət Məcəlləsinə iki bəndin əlavə edilməsini təklif edir. Yəni Qarabağı başqa Azərbaycanın bir hissəsi kimi tanıyan dövlət məmuru 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər isə qondarma “erməni soyqırımı”nı inkar edən və ya onun “tarixi əhəmiyyəti”ni və təhlükəsini azaldan dövlət məmurları haqqındadır. Onların da cəza müddəti 10 ildən 15 ilə qədərdir.

Xuraman Etibarlı

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv