!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putini təbrik edən deputatı partiyadan qovublar? – İDDİA və TƏKZİB

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etmiş ukraynalı deputat ziddiyyətli bəyanatlar səsləndirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radasının “Həyat uğrunda – Müxalifət platforması” partiyasından olan deputat İlya Kiva Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etdiyi üçün partiyadan qovulduğunu bildirib.

Kiva bu barədə qərarın sözügedən partiyanın Poltavada baş tutan toplantısında qəbul edildiyini deyib. Deputat iddia edib ki, onun qovulmasının əsas təşəbbüskarı partiyanın həmsədri Yuri Boyko ilə Prezident Administrasiyasının sabiq rəhbəri Sergey Levoçkin olub.

Lakin bu açıqlamadan bir neçə saat sonra yeni videomüraciət yayımlayan Kiva partiyadan qovulması haqda dediklərini inkar edib. O, partiya sıralarında qaldığını və “mübarizəni hücumun sivri ucunda davam etdirdiyini” vurğulayıb.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv