!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putini “yola gətirmək” CƏHDİ - Conson bunu bacaracaqmı?

!Reklam – Yazi

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Boris Conson mövcud mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın “əsaslandırılmış narahatlığını” qəbul etməyə hazırdır:

“Rusiyanın məqsədi NATO-nun şərqə doğru genişlənməsinə imkan verməməkdir. Əgər həqiqətən belədirsə, o zaman Ukraynaya müdaxilədən böyük pozuculuq ola bilməz.

Ləyaqətli dostlarım – xarici işlər və müdafiə nazirləri mənim görüşmək niyyətimi Putinə çatdırıblar. Onunla yenidən söhbət etməyə hazıram”.

Conson əlavə edib ki, Rusiya Ukraynaya hücum edərsə, ona qarşı daha sərt sanksiyaların tətbiqi üçün tərəddüd göstərməyəcək.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv