!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin absurd MDB TƏKLİFİ: "Bu, kollektiv təsərrüfat deyil ki, onu bir qərarla..." - Politoloq

!Reklam – Yazi

“Bu o qədər absurd bir təşəbbüsdür ki, məntiqi izahını vermək belə mümkün deyil”.

Yenicag.az xəbər verir ki, bu fikiləri Rusiya Prezidenti Vladimir Putinin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı təklifinə münasibət bildirən Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, MDB-nin Nizamnaməsində birliyin hansısa təsisatlarda, o cümlədən hərbi-siyasi təşkilatlarda üzv, assosiativ üzv və yaxud müşahidəçi kimi iştirakı ilə bağlı hər hansı bir hüquqi əsas və mexanizm nəzərdə tutulmayıb:

“Digər tərəfdən, MDB üzv dövlətlərin sayına, eləcə də beynəlxalq hüquqi statusuna görə KTMT-dən daha genişmiqyaslı, o cümlədən hərbi sahədə də əməkdaşlığın nəzərdə tutulduğu bir təsisatdır və belə bir təsisatın KTMT-də müşahidəçi statusu ilə təmsilçiliyi, miqyas baxımından götürsək, təxminən BMT-nin NATO-da müşahidəçi statusu ilə təmsil olunması deməkdir.

MDB müstəqil dövlətlərin birliyidir və bu birlikdə təmsil olunan dövlətlərin bir hissəsi, artıq KTMT-də təmsil olunurlar. Ola bilsin ki, öz təhlükəsizliklərini KTMT çərçivəsində təmin etməyi məqbul sayırlar, yaxud hansısa digər səbəblərdən bu təşkilata qoşulublar. Bu, o qədər absurd bir təşəbbüsdür ki, məntiqi izahını vermək belə mümkün deyil. MDB vahid dövlət deyil ki, hansısa hərbi-siyasi ittifaqda təmsil olunsun. Bu birliyin üzvü olan dövlətlərin hər biri müstəqil hüququn subyektləridir, hər birinin ayrı-ayrılıqda öz maraqları, prioritetləri və beynəlxalq öhdəlikləri var. Əgər MDB üzvü olan hansısa dövlət KTMT-də məqbul hesab etdiyi statusla təmsil olunmaq istəyirsə, belə bir qərarın qəbul edilməsi həmin dövlətin suveren hüquqları çərçivəsindədir. MDB kollektiv təsərrüfat deyil ki, onu bir qərarla istədiyin yerə daşıya biləsən…

Vladimir Putinin təklifindən belə anlaşılır ki, KTMT-də təmsil olunmayan MDB üzvlərinin sözügedən hərbi-siyasi ittifaqda üzv, assosiativ üzv və yaxud müşahidəçi kimi təmsil olunmaq niyyətləri yoxdur. Moskvanın bu istiqamətdə verdiyi mesajlar və atdığı addımlar heç bir nəticə verməyib. Bugünkü reallıqlar çərçivəsində baş verməsi isə heç mümkün deyil. Məhz bu səbəbdən də Kreml onları təhlükəli Təhlükəsizlik Müqaviləsi Təşkilatına “daşımaq” üçün alternativ yollar axtarır və bu yollardan birini də MDB-ni “kollektiv” şəkildə KTMT-yə daşımaqda görür”.

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv