!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin bitməyən ABSURDU: “NATO kontingentinin Ukraynadan çıxarılması tələbi...” – RƏY

!Reklam – Yazi

“Rusiya lideri öz çıxışında işğalçı müharibənin dayandırılmasına dair iynənin ucu boyda da eyham vurmadı”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dən özünün və NATO-nun kontingentini Ukraynadan çıxarmaq tələbini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rusiyanın Ukraynada üzləşdiyi davamlı uğursuzluqlar Putini bu barədə daha açıq formada danışmağa vadar edib:

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü ərəfəsində Putinin etdiyi çıxış və səsləndirdiyi fikirlər Kreml sahibinin öz ölkəsini hansı vəziyyətə salmasının fərqində olmadığını bir daha ortaya qoydu.

Görünən budur ki, Putin Ukraynaya hərbi təcavüz qərarı ilə qlobal təhlükəsizliyə vurduğu zərbəni hələ də ölkəsinin “milli maraqlarının müdafiəsi” aspektindən qiymətləndirməkdədir.

Bu çərçivədə Rusiyanın üzləşdiyi sanksiyalar səbəbindən düşdüyü acınacaqlı durum, Ukrayna cəbhəsinin “ətçəkən maşın”a dönməsi onu qətiyyən narahat etmir. Bu səbəbdən, Rusiya lideri öz çıxışında işğalçı müharibənin dayandırılmasına dair iynənin ucu boyda da eyham vurmadı.

Əksinə, Rusiyanın Ukraynada üzləşdiyi davamlı uğursuzluqlar Putini nüvə şantajından daha ciddi şəkildə istifadəyə məcbur edib. Onun Rusiyanın strateji hücum silahlarına dair müqavilədən çıxmaq təhdidi məhz bu amildən qaynaqlanır.

Digər tərəfdən, Putinin ABŞ-dən özünün və NATO-nun kontingentini Ukraynadan çıxarmaq tələbi isə absurdun son həddi sayıla bilər. Baxın, işğalçı ölkə hücum etdiyi dövləti dəstəkləyənlərdən geri durmağı tələb edir. Ancaq şübhə yoxdur ki, Qərb koalisiyası Baydenin də dediyi kmi, Ukraynaya istənilən müddətə qədər yetərli səviyyədə dəstək verəcək. Putini ciddi narahat edən məqam da budur”.

A.Zeynalov

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv